Unutamadim - 706.tr.gg> </ a> 
 



<br><table width=
   
 
  Azərbaycan mətbəxi

Azərbaycan mətbəxi Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki Ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları bölgələrdə (Borçalı), Dağıstan ərazisində, o cümlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılmışdır.


Təbii ki, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil - iqlimdir. Azərbaycan Respublikasının ərazisindən 8 iqlim zonası keçir ki, bu da öz növbəsində bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir, bütün heyvanların və bitkilərin yaşayışları və inkişafları üçün əlverişli şərait yaradır. Bunlar isə, zəngin mətbəx yaradılması üçün əsas bazadır.

Zəngin mətbəx yaradılması üçün vəhşi heyvanlardan, quşlardan, balıqlardan və bitkilərdən istifadə ilə yanaşı, cəmiyyətin sonrakı inkişaf dövrlərində kənd təsərrüfatı məhsullarının istehsalı da tələb olunur. Bunun üçün əhali yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmalıdır.


                                  Qiymə-çığırtma plov                                            

Qoyun əti – 165q, düyü – 150q, ərinmiş yağ – 50q, baş soğan – 30q, yumurta – 2 əd., zəfəran – 0,1q, istiot – 0,5q, duz.
Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub  
yağ tökülür.
    
                                        Kükü plov

Hisə verilmiş kütüm – 180q, düyü – 100q, ərinmiş yağ – 50q, yumurta - 1 əd., istiot – 0,1q, duz.
Kütüm küküsü hazırlanır. Düyü və lobya ayrılıqda bişirilir, qarışdırılır, yağ vurulub dəmə qoyulur. Süfrəyə verdikdə boşqaba lobyalı plov çəkilir, yanına ayrıca paxlava şəklində doğranmış kütüm küküsü qoyulur.

                                    Südlü plov

Hisə verilmiş kütüm – 182q, düyü – 100q, ərinmiş yağ – 40q, süd – 250q, buğda unu – 20q, kişmiş – 50q, ərik qurusu – 50q, xurma – 25q, şəkər – 20q, yumurta – 1/10əd., zəfəran -0,1q, duz.
Düyü süddə yarımhazır olana qədər bişirilir, şəkər, yağ və zəfəran vurulub 1 saat saxlanılır. Sonra düyü kəfkirlə asılır,
dibinə un, yumurta və sudlan hazırlanmış nazik lavaş salınan qazanın içinə tökülüb 30-40 dəqiqə dəmə qoyulur. Kişmiş, ərik qurusu və xurma yağda bişirilir. Süfrəyə verdikdə boşqaba düyü çəkilir, yanına qazmaq vəilmiş meyvə qoyulur. Plovun yanında ayrıca buğda bişirilmiş kütüm balığı verilir

                                    Ali müsəmbə plov

Qoyun əti – 221q, düyü – 150q, ərinmiş yağ – 50q, albuxara – 20q, qara gavalı qurusu – 40q, baş soğan – 50q, darçın – 0,2q, zəfəran – 0,1, mixək – 0,05q, istiot – 0,1q, duz.
Qoyun əti paylıq tikələrə doğranıb yağda qızardılır, az miqdarda bulyon, yağda qızardılmış soğan, qara gavalı, albuxara və ədviyyat qatılıb öz buğunda bişirilir. Ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə öz şirəsi ilə birlikdə hazır ət qoyulur, yağ
                                      
                                                                   Balıq küftəsi

Balıq – 200q, noxud – 20q, düyü – 15q, alça – 10q, kartof – 150q, baş soğan – 20q, zəfəran – 0,05q, istiot, duz.
Nərə və ya uzunburun balığın əti baş soğanla ətçəkən maşından keçirilir. Qiyməyə düyü, duz və istiot qatılıb qarışıdırılır. Qiymədən hər paya 1-2 ədəd küftə hazırlanır, içərisinə 2 ədəd alça qurusu qoyub yumurlanır.

                             
Lənkəransayağı suf balığı

Təzə suf – 350q, buğda unu – 10q, ərinmiş yağ – 35q, baş soğan – 50q, cəfəri – 15q, lumu – 1/5 əd., istiot – 0,1q, duz.
Kiçik ölçülü balıqları bütöv, paylıq balıqları isə tikə şəklində emaldan keçirir, duz, istiot vurur, unla urvalayır və hazır olunca qızardırlar. Qızardılmış balığın yanına halqavari doğranmış baş soğan, lumu dilimi .
                                    Təndirdə qızardılmış kütüm

Kütüm balığı – 250q, pomidor – 50q, xiyar – 50q, baş soğan – 30q, keşniş göyərtisi – 15q, narşərab – 15q, istiot, duz.
Balıq təmizlənir, yuyulur və istiot və duz vurulub bütöv şəkildə təndirdə qızardılır. Süfrəyə verdikdə yanına təə tərəvə qoyulur və göyərti səpilir. Ayrıca narşərab verilir təndirdə-qizardilmis-kutum
                                    
                                  ŞƏKƏRBURA
36 ədəd şəkərbura alınır
Xəmir üçün:
1 kilo + 1 xörək qaşığı  (mərhələ 3 üçün) əla növ un
400 qram
kərə yağı
5  yumurta sarısı
250 qram xama
1/4 çay qaşığı duz
1/2 çay qaşığı  vanil tozu
1/2 çay qaşığı  quru maya (toz maya)
1 xörək qaşığı şəkər tozu
1/2 stəkan (125 m) ilıq süd

İçi üçün:
700 qram  fındıq ləpəsi, və ya badam (qoz ləpəsi də olar, amma qozlu iç bir az tünd rəngdə alınır)
700 qram şəkər tozu
zövqə görə hil
(mən təxminən 2 çay qaşığı qoyuram)

 1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün  unu və kərə yağını geniş qaba qoyun və əlinizlə toz halına gələnə  kimi yaxşıca ovun.



2. Ayrı qabda yumurta sarısını, xamanı, duzu və vanil tozunu qaşıqla qarışdırın.3.  Ayrı qabda toz mayanı, 1 x. q. unu, 1 x.q. şəkər tozunu qarışdırın. Üstünə 1/4 stəkan ilıq süd tökün. Qoyun kənarda təxminən 2 dəqiqə qalsın.4.  Yumurta-xama qarışığını (#2) və mayaı qarışığını (#3) un-yağ (#1) qarışığa əlavə edin.                                                    

Fındıq və ya qoz ləpəsini qovurub qabığını soymaq üçün: Fındığı və ya qozu tavaya qoyun və orta odda tez-tez qarışdıra-qarışdıra, qabığı soyulmağa başlayanadək qovurun (diqqətli olun, yandırmayın). Qovurulan fındığı və ya qozu çay dəsmalının bir tərəfinə  qoyub, dəsmalın o biri tətəfiylə fındığın  üstünə basaraq, ovun. Qabıqlar ayrılacaq. Bəzilərinin qabıqları tamamilə soyulmayacaq - nu normaldır.

Badamların qabığını soymaq üçün: Badamı qazana qoyub üstünə qaynar su tökün. Qoyun suda təxminən 2 dəqiqə qalsın (suda çox tutmayin, yoxsa badam yumuşaq olar). Badamı süzün və qurulayın. Barmaqlarınızla qabığı çıxana kimi ovun.
8. Dincəlmiş xəmiri hər biri 50 qram olmaq şərtilə 36 kündəyə bölün.
9.  Kündələrın qurumaması üçün, üstlərini örtün. Hər kündəni oxlovla diametri 10 cm olan kiçik dairələrə yayın.
10. Hər dairənin arasına 2 x.q. iç qoyun və dairəni yarım-ay şəklində bükün.
11.  Kənarlarını bərkidin.
12. Sonra isə vintvari şəkildə bükün.
13. Şəkərburaları üstünə kalka kağızı sərilmiş listə yığın.
14. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyin.
15.  Şəkərburaları 150C dərəcəlik sobada təxminən 20 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirin. Nuş Olsun!
                               
                                Badımcan, Bibər və Pomidor Dolması

Ərzaqlar   6 ədəd kiçik badımcan  (təzminən 12 cm uzunluğu, 4 cm diametri olan)
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
İçi Üçün:
4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 g çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
2 ədəd baş soğan - soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər - xırda doğranmış
doğranmış pomidor içi * (reseptə bax)
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə  (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb,  bişirin)
zövqə görə duz
zövgə görə istiot
1.Əvvəlcə tərəvəzləri hazırlayın.
Badımcan: Badımcanları aşağıda verilən iki üsuldan birini istifadə edərək hazırlayın.
Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.
Üsul 2: Badımcanları suda pörtmək əvəzinə qızardın. Bunun üçün,  əvvəlcə saplağını kəsin. Bıcaqla “qarnını” şəkildə gördüyünüz kimi kəsin. Badımcanları soyuq su və 2 xörək qaşığı duz olan ləyənə qoyub və üstlərini ağırlıqla örtüb 20 dəqiqəliyinə kənara qoyun. Bu, badımcanların acısı çıxması üçün edilir. Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın. Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın. Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzdürün.
                    
              QIRMIZI MƏRCİMƏK ŞORBASI


Ərzaq:
1 su stəkanı qırmızı mərcimək
1 litir soyuq su
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı un
1 ədəd yerk?k?
1 ədəd soğan
Hazırlanması:
Bir ədəd soğanı yağda qovurun. Sonra unu əlavə edib soğanla birlikdə qarışdırın. Təmizlənib yuyulmuş mərciməyi və kicik kicik doğranmış yerkokunu əlavə edirik. Mərcimək və yerkoku yumuşalıb əzilənə qədər bişiririk. Sonra bunu aşsuzəndən keiririk.stdə qalan qatı hissəni də qaşıqla əzərək aşsuzəndən keciririk.
Hamısını kecirməsəniz əziyyət cəkməyin bir az əzildi bəsdir,qatı hissəni və suzduyumuz sulu hissəni də təkrar qazana tokerek və 10 dəqiqə qaynadırıq. Artıq mərcimək şorbası hazırdır,uzərinə nanə və istiot əlavə edə bilərsiniz. Bu şorbanı yeyərkən limon sıxaraq yesəniz? daha da ləzzətli olacaq. NUŞ OLSUN!
 
Günlük Burç
 
Günlük Burç
Unutma,Unutdurma !
 
Saat
Son Dakika Haberleri
 
Sitene Ekle
UNUTAMADIM-706.TR.GG
 

Web'te Türkçe

 
Bugün 2 ziyaretçi (4 klik) kişi burdaydı!
Ekle Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol