Unutamadim - 706.tr.gg> </ a> 
 



<br><table width=
   
 
  Sevgi Hekayələri

Bir həyat hekayəsi...

Bir avtobus dayanacağında qarşılaşmışlar idi ilk dəfə... Biri tibbdə oxuyurdu, o birisi memarlıqda. O ilk qarşılaşmadan sonra, bir daha, bir daha, bir daha, daha qarşılaşa bilmək üçün, həmişə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər. Gənc idilər, çox gənc... Bir-biriləriylə danışacaq cəsarəti tapmaları bir az zaman aldı. Amma nəhayət bacardılar. İkisi də hər səhər avtobusa mindikləri səmtdə yaşamırdılar əslində. Qarşılaşdıqları ilk səhər cavan oğlan dotsugildə qaldığı üçün o dayanacaqdan minmişdi avtobusa, qız isə bacısıgildə qaldığı üçün...

Sırf bir-birilərini görə bilmək üçün, hər səhər tezdən evlərindən çıxıb, şəhərin o biri ucundakı o dayanacağa, onların dayanacağına gəldiklərini, gülərək etiraf etdilər bir müddət sonra...

Universitetlərini bitirdikdən sonra dərhal evləndilər. Xoşbəxt idilər həm də çox xoşbəxt... Bəzən işsiz, bəzən pulsuz qaldılar amma elə möhkəm birləşmişdi ki ürəkləri və əlləri, hər bir şeyi əhəmiyyətsiz hesab etdilər. Ayın sonunu çətin gətirdikləri günlərdə də məşhur bir həkim və məşhur bir memar olduqlarında da həmişə xoşbəxt idilər. Zaman parçalamasına uğrayan, vərdişlərə məğlub olan, bank hesabında pul qalmadığı üçün ya da tam tərsinə o hesabı daha da qabarıq hala gətirmək uğuruna bitib-tükənən sevgilərdən deyildi onlarınki... Heç bir şey onların sevgisini azalda bilmirdi..

Günlər günləri, illər illəri qovduqca sevgiləri də böyüdü, böyüdü... Tək əskikləri uşaqlarının olmaması idi. Çətin bir müalicə müddətinə baxmayaraq uşaq sahibi olmayanda, "bütün xoşbəxtliklərin bizim olmasını gözləmək, eqoizm olar" deyərək davam etdilər həyatlarına. Uşaq yerinə, sevgilərini böyütdülər... "Sənin üçün ölərəm" deyərdi qadın, sıx sarılıb sevdiyinə və sevdiyi; "Xeyr, mən sənin üçün ölərəm" deyə cavab verərdi həmişə...
 Qadın bəzi zamanlar evə gəldiyində, aynanın üzərində bir yazı görərdi, "Bir dənəm, kitabxananın ikinci rəfinə bax..." Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı; "Mətbəxdəki masanın üzərinə bax və səni çox sevdiyimi əsla unutma." Mətbəxdəki masadan, salondakı rəfə sevgi dolu qeydləri oxuya-oxuya gələn qadın, sonunda bəzən bir dəstə çiçək, bəzən ən sevdiyi şokoladlar, bəzən də bahalı hədiyyələrlə qarşılaşardı... Aldığı hədiyyənin nə olduğu əhəmiyyətli deyildi onsuz da...

Həyat nə qədər sürətli axsa da, işləri nə qədər çox olursa olsun həmişə bir-birlərinə ayıracaq zaman tapırdılar tapmasına amma 40 yaşların ortalarına gəldiklərində, daha az işləməyə qərar verdilər. Kişi, xəstəxanadan ayrıldı və müayinəxanasında xəstə qəbul etməyə başladı. Qadın da memarlıq bürosunu bağladı və yalnız xüsusi proyektlərdə vəzifə götürdü. Artıq daha çox birlikdə ola bilirdilər.

Bir gün sahildə gəzərkən qadın, üzərində “satılır” lövhəsi asılı olan xarab vəziyyətdə bir ev gördü.

"Necə düşünürsən, bu evi alaqmı?" dedi yoldaşına. "Bu viranəni yıxdırar, möcüzə bir ev edərik. Proyekti beynimdə çəkdim artıq. Böyük terası olan, qağayıları nahara dəvət edəcəyimiz bir dəniz evi edək buranı..."
"Sən istəyərsən də mən heç yox deyə bilərəmmi?" deyə cavab verdi yoldaşı. "Amerikadakı tibb konqresindən qayıdan kimi əlaqə saxlayacam əmlakçıyla... Nə qədər pul olursa olsun, bura bizimdir artıq..."
Amerikaya gedərkən yalnız bir həftə ayrı qalacaqlarını bildikləri halda, hər ikisi üçün ayrılmaları çətin oldu. Hər gün, hər saat danışdılar telefonla…
Gözyaşları içində qucaqlaşdılar hava limanında..
 

 
 
 

Lakin bir neçə gün sonra... ərində bir qəribəlik olduğunu hiss etdi qadın. Əvvəlki qədər xoşbəxt görünmür, danışmaqdan qaçınırdı. Onu sevindirmək üçün, sahildəki evi xatırlatdı və çəkdiyi proyekti verdi qadın amma heç gözləmədiyi bir cavab aldı: "Canım, o ev bizim büdcəmizi aşır. Sən ən yaxşısı o evi unut..."

Bədbəxtlik, xoşbəxtliyin dadına alışmış insanlara daha da ağrılı, daha da çəkilməz gəlir. Qadın, heç bəyənmədi bu gözlənilməz qonağı. Dərdini söyləməsi üçün yalvardı adama. "Bilirsən ki, sənin üçün ölümə də gedərəm.. nə olar izah et" deyə dil tökdü boş yerə...

İllərdir sevdiyi adam, laqeyd və sevgisiz biriylə əvəz olunmuşdu sanki. Ona çatmağa çalışdıqca, beton divarlara dəyirdi qadın, hər dəyəndə də daha çox aldanırdı ürəyi...

Bir gün, uşaqlığının, gəncliyinin və bütün həyatının birlikdə keçdiyi rəfiqəsinə ürəyini açarkən; "Artıq dözə bilmirəm, sənə danışmaq məcburiyyətindəyəm" deyə sözünü kəsdi yoldaşı: "O, səni aldadır. İş yerimin tam qarşısındakı restoranda gənc bir qadınla yemək yeyir hər günorta. Sonra qucaqlaşıb minirlər avtomobilə..."

"Sus, sus tez, eşitmək istəmirəm bu yalanları" deyə qışqırdı qadın. Neçə illik rəfiqəsini, onu qısqanmaqla günahlandırdı...

Sabahısı gün, günorta vaxtı o restoranın dərhal qarşısına səssizcə gəldi və pəri nağıllarının, yalnız nağıl olduğunu anladı... Ərinin köhnədən eyni xəstəxanada işlədiyi gənc uşaq həkimini dərhal tanıdı. Ərinin bəzən evlərində qonaq etdikləri bu qadını necə qucaqladığını gördü...

Axşam əri evə gələn kimi, gah qışqırıb, gah ağlayaraq, gah ona sıx sarılıb gah da yumruqlayaraq qışqırdı sifətinə hər şeyi. İnkar etmədi əri.. Zamanla duyğuların dəyişə bildiyi, insanların orta yaşa gəldiklərində fərqlilik axtardığı kimi bir şeylər söylədi ağızında və çamadanını götürüb getdi evdən. Qapıdan çıxarkən, "son bir dəfə qucaqlamaq istəyərəm səni" demək istədi amma qadın, "rədd ol" dedi nifrətlə...

İlk məhkəmədə boşandılar... Müasir bir eşq hekayəsinin belə sona çatmasına kimsə inana bilmədi. Dostlarının dəstəyiylə ayaqda qalmağa çalışdı qadın. Keçmiş ərinin, sevgilisiylə birlikdə Amerikaya köçdüklərini öyrəndi. Bəzən tək qaldığında, onu hələ sevdiyini hiss edincə, sevgisinin yerini ən az onun qədər qüvvətli bir duyğu olan nifrətin alması üçün dua edirdi.

Aradan bir il keçdi... Hər şeyin dərmanı olduğu deyilən zaman belə, qadının dərdinə çarə ola bilməmişdi. Bir səhər, israrla çalan zəngin səsiylə oyandı. Qapını açdığında, qarşısında o qadını gördü.

"Sən, bura nə yüzlə gəlirsən" deyə qışqırmaq istədi amma səsi çıxmadı.
"Xahiş edirəm, içəri girməyimə icazə ver, biz mütləq danışmalıyıq." dedi gənc qadın.
Divana əyləşdi və çətin eşidilən bir səslə danışmağa başladı:

"Heç bir şey göründüyü kimi deyil əslində. Çox təəssüf edirəm.. amma o 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqres əsnasında öyrəndi xəstəliyini və təxminən bir illik ömürü qaldığını... Buna dözə bilməyəcəyini, həmişə söylədiyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün, məndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə də xəbər vermədi. Birlikdə Amerikaya yerləşdiyimiz yalanı yaydı. Halbuki ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə görür və xilas olacağına inanırdı amma olmadı. Gecə halı pisləşibmiş, baxıcısı məni axtardı, son anda çata bildim. Sənə bu qutunu verməyimi istədi..."

Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi qadın. Dərhal ordaca ölmək istəyirdi. Əlinə alovlandırılan qutunu açmağa başladı. Etinayla dözmüş bir çox kağız dayanırdı qutuda. İlk kağızda,

"Xahiş edirəm bütün qeydləri sırayla oxu birdənəm" yazırdı..

Sırayla oxudu;
"Səni çox sevdim
Səni sevməkdən heç vaxt bezmədim,
Sənin üçün ölümə gedərəm deyərdin həmişə, doğru söylədiyini bilirdim.
Lakin mənim üçün ölməyini istəmədim.
İndi mənə söz verməyini istəyirəm. Mənim üçün yaşayacaqsan, razılaşdıqmı?"

Son kağızı əlinə alarkən, qutuda bir açar olduğunu gördü qadın... Və son kağızda bunlar yazılı idi:
"Sahildəki evimizi sənin çəkdiyin proyektə görə tikdirdim. Böyük terasta qağayılarla nahar edərkən, mən həmişə səni seyr edəcəyəm..."
 
 
 
 
 
 
 
 
 
 
 

 
                                           Hüznlü sevgi hekayesi

Gənc bir qız ağır bir xəstəliyin pəncəsində son günlərini yaşayırdı. Yaralı qəlbi artıq bu dünyada dözə bilmirdi. Qızın çox varlı olan ailəsi bütün qəzetlərə qızın qəlbin sağaldacaq adamı tapmaq üçün elan vermişdi. Qızı üçün canını qurban verəcək birini axtarırdılar. Çünki qızın ürəyini dəyişdirmək lazım idi. Gənc qızın xəstəxana otağında həyatı günü-gündən solurdu. Yenə xəstəxana otağında yalnız idi. Gözü yaşlı, boynu bükük ölümü gözləyirdi. Gözlərini bağlayıb bu kiçik otaqda yalnız göz yaşı tökməkdən yorulmuşdu. Yenə də əngəl ola bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadına, kasıb amma onu ölüncə sevən sevgilisi. Hər gün eyni şeyləri fikirləşib, keçmiş xatirələri bir film kimi gözlərinin önünə gətirirdi. "Pulum yoxdur amma sənə verə biləcəyim sevgi dolu bir qəlbim var" demişdi sevdiyi oğlan. Gənc qızda başqa bir şey istəmirdi. Sevgiyə möhtac olan biri, sevdiyinin sevgisindən başqa nə istiyə bilərdiki. Amma olmamışdı, dünyalar qədər bir-birilərini sevən sevgililərin arasına pul, var dövlət girib onları ayıra bilmişdi. Amma indi var dövlətin keçmədiyi bir vaxt gəlmişdi. Nə mənası vardı artıq??? Bu son günlərində, sevdiyi oğlan yanında olsaydı heç bu qədər ağlamazdı. Ayrıldıqları gündən indiyə qədər 5 il keçmişdi. Amma hər gün həsrət çəkmiş ürəyini kimsəylə bölməmişdi. Elə həmin vaxt sevdiyini fikirləşdi. Görəsən nələr etmişdi bu il müddətində sevdiyi oğlan... Kim bilir bəlkə də evlənmişdir. Gözlərindən bir damla yaş daha damladı qurumuş dodaqlarına. Əllərinə baxdı. Bir zamanlar əllərinin, sevdiyinin əllərini tutduğunu xəyal edib hər gün saatlarca əllərinə baxardı. Ən çox saçlarının tökülməyi onu ağladırdı. Çünki bir zamanlar o saçları sevdiyi oğlan öpmüşdü. Hər gün gözlərindən bir damla yaş axanda qəlbinə sanki bir ox batırdı. Qəlbi yenə sızlamağa başladı. Bəlkə sevdiyi yanında olsaydı qəlbi bu qədər yorulub, əlvida deməzdi həyata. Qız artıq ölümdən qorxmurdu. Sevdiyindən ayrı yaşamağın ölümdən nə fərqi var idi ki, təkrar yenə sevdiyi düşdü yadına. Kaş yanımda olsa dedi gənc qız. Gözlərini son dəfə öpsə, rahatca əbədi olaraq gözlərini yuma bilərdi artıq. Yenə gözləri bulaq kimi çağlamağa başladı. Sevdiyini son dəfə görməmiş ölmək istəmirdi. Az da olsa ondan bir xatirə almamış bu dünyadan köçmək istəmirdi. Amma sevdiyi kim bilir kiminlə bərabər idi...! Qız öz sevgi dolu qəlbini heç kimlə bölməmişdi görəsən oğlan kiminlə bölmüşdü öz qəlbini? Onun sevgisini silib atdımı görən qəlbindən? Qızın içi birdən nifrətlə doldu. Üstünə bir ağırlıq çökdü. Onu düşünəndə hər dəqiqəsinin hüznlü keçməsi çətin gəlirdi gənc qıza. Ölmək istədi, artıq yaşamaq istəmirdi bu dünyada. Amma sevdiyindən bir xatirə almamış bu dünyadan köçməyəcəyinə and içmişdi gənc qız. Kim bilir bəlkə də sevdiyi oğlan onu unudub artıq. Təkrar gözlərini açdı. Dərin bir düşüntü. Birdən qızın atası içəri girdi. Və qızına ürəyini vermək istəyən bir könüllü tapıldığını dedi. Qız bu xəbərə heç sevinmədi. Gözləri artıq yaşla dolmuşdu. Həmin gecə biri gözlərini əbədi olaraq yumdu və gənc qız cərrahiyyə əməliyyatı olundu. Əməliyyatdan 1 həftə sonra qız sağaldı. Amma dünya daha başqa gəldi qıza. Sanki nə isə əkuzr isteyirem idi həyatından. Aradan aylar keçmişdi gənc qız artıq təmiz sağalmışdır. Amma içindəki həsrət, kövrəklik qurtarmamışdı. Sevdiyi yadına düşəndə ürəyi əvvəlkindən çox ağrıyırdı. Bir dəfə görə bilsəydim deyə ürəyində danışdı. Qəlbi yenə sızlamağa başlamışdı. Amma nəyə görəsə hər gecə qəfildən güclənir və onu yuxudan oyandırırdı və bərk döyünürdü. Amma qızın dibçəkdə yetişdirdiyi güllər var idi ki, həmişə onlarla danışırdı. Ən çox sevdiyi gülü isə qızıl gül idi. Çünki qızıl gülün yeri onun üçün ayrı idi. Çünki o gül də gənc qızla gülüb ağlayırdı. Amma qız bu qızıl gülü sevdiyinə hədiyyə verəcəyinə and içmişdi. Bu gülü ona görə saxlayırdı. Birdən qapıları döyüldü qızın. Qız qapını açdı amma heç kim yox idi. Birdən gözü yerdəki ağ məktub zərfinə sataşdı. Yavaşca gəlib zərfi yerdən götürdü. Bu an qəlbi həyəcanla döyülməyə başladı. Nə olduğunu başa düşmürdü qız. Zərfin üzərində nə ad nədə adres var idi. Qız zərfi açdı. İçindən ağ bir kağıza yazılmış bir məktub çıxdı. Qəlbi daha güclü döyünməyə başladı. Çünki sevdiyi oğlanın qoxusu var idi bu məktubda. Başı gicəllənməyə başladı. Gedib yavaşca divanda oturdu. Kağızı açdı və əlləri titrəyərək oxumağa başladı. Sevdiyi oğlan məktubda belə yazmışdı:
Sevgilim səndən ayrılandan sonra bir ürəyə iki sevginin sığmayacağını başa düşdüm. Səndən sonra nə birini sevdim nə də birinə baxdım. Sadəcə həmişə səni sevdim. Sənsiz günlərimin hər biri o birindən daha çətin keçirdi. Hər gün daha çox darıxırdım. Sənə bir kitab şer yazdım. Hər gün yazdım, hər gün oxudum illərcə ağladım. Hər gecə səhərə qədər səni düşündüm. Hər gecə sənin yanında olmağı istədim və hər gecə sənsizliyə lənət etdim. Yuxuları haram etdim özümə. Sənsizliyin acığın gözlərimdən aldım və bir gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə. Bunu fürsət hesab etməyib özümə haqsızlıq edə bilmədim. Və bu fürsət məni səndən çox uzaqlara apardı. Mən səndən çox uzaqlara getdim, bəlkə səni unudaram dedim. Amma tam tərsi oldu. Səndən uzaqlardaydım, amma səni görmək üçün uzaqlardan səni görməyə gəlirdim. Həmdə hər gecə gəlirdim. Gəlib sənə baxırdım, səni sevirəm və əyilib hər gecə yanağından öpürdüm. Sən isə hər gecə gözlərini açıb baxarkən gəldiyimi zənn edirdin. Amma məni görməyib təkrarən yuxuya dalırdın. Sabah bir-birimizi sevməyimizin altıncı il dönümüdür. Həmişə mən gəldim sənin yanına sabah da sən gəl sevgilim. Sənin hər dəfə qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum. Amma birdə unutmamış deyim ki, sinəndə daşıdığın mənim qəlbimə yaxşı bax. Çünki göz yaşlarımla adını yazdım ora. Səni səndən çox sevən bir sevgi var qəlbinin içində. Gələndə qızıl gülü də yaddan çıxarma. Səni sevirəm yanıma gələnə qədər də sevəcəm sevgilim...
Bu sözləri oxuyandan sonra qız sinəsində daşıdığı ürəyin sevdiyi oğlana aid olduğunu və cərrahiyyə əməliyyatından çıxanda gördüyü üzü bağlı cansız gəncin öz ürəyini qıza verən sevgilisi olduğunu başa düşdü. Elə həmin vaxt qız ölüm yuxusuna getdi. Amma qızın ürəyi döyünür. Aradan 20 il keçdi amma ürəyi döyünsə də qız ölüm yuxusunda xəstəxana otağında yatır, sonsuza dəkdə yatacaq.



 
 
 
 
 


 
Günlük Burç
 
Günlük Burç
Unutma,Unutdurma !
 
Saat
Son Dakika Haberleri
 
Sitene Ekle
UNUTAMADIM-706.TR.GG
 

Web'te Türkçe

 
Bugün 2 ziyaretçi (7 klik) kişi burdaydı!
Ekle Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol