Unutamadim - 706.tr.gg> </ a> 
 



<br><table width=
   
 
  Gözəl cild
 
  Qırışıqlara son
Məhsullar: Qaymaq, alma.
Qabığı soyulmuş almanı 3 qaşıq qaymaqla mikserlə çalın. Qarışımı dəriyə sürtəndən sonra üzərini təmiz parça ilə örtün. Bir neçə dəqiqədən sonra maskanı silin və üzünüzü ilıq su ilə yuyun.
Qaymaq dərini yumşaldır, nəmləndirir və elastiklik verir, qırışlara qarşı təsirlidir. Alma isə dərinin canlı qalmasına kömək edir.


 
              Yağlı dəri üçün maskalar:

Öncə dərini təmizləmək lazımdır. Yağlı dərini su və limon şirəsi ilə təmizləmək olar. Bunun üçün adi limon dilimini üzə sürtməklə də sifəti təmizləmək olar.
Bundan başqa yağlı dərini təmizləmək üçün Nanə dəmləməsindən də istifadə edə bilərsiniz. 1 çay qaşığı nanə qurusunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Hazırlanmış dəmləmə ilə səhərlər üz təmizlənir.
Yağlı dəri üçün maskalar dərinin yağlılığını azaldır və iltihab əleyhinə təsir göstərir:
1 x. qaşığı prisıpka + 3%-li hidrogen-peroksid(perekis) və ya yağsız süd qarışdırılır. Dərinin yağlı nahiyələrinə çəkilir.
Sürtgəcdən keçirilmiş çiy kartof yağlı dəriyə yaxşı təsir göstərir.
1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.
Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.
                                            Cavanlaşdırıcı maskalar
1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.
100 qr bal su hamamında qızdırılır, üzərinə tədricən 50 ml araq əlavə edilir. Pambıqla üzə çəkilir və 10-15 dəq saxlanılır.

PORTAĞAL MASKASI. Kosmеtoloqlar bu maskanı hər növ dəriyə, xüsusilə quru və rutubətli olana, məsləhət görürlər. Tərkibi: 2 çay qaşığı un, 1 ədəd portağalın təzə sıxılmış şirəsi. Şirəni tənzifdən süzərək, unla yaxşıca qarışdarırlar və əmələ gəlmiş kütləni üzə sürtdükdən sonra, üzü ya tənzif, ya da burun üçün kəsik qoymaq şərtilə, bir qədər möhkəm parçadan xüsusi maska ilə örtürlər. 15-30 dəqiqədən sonra maskanı nəm pambıq tamponla еhtiyatla təmizləyərək, üzü sərin su ilə yüngülcə yaxalayırlar.

YAĞLI DƏRİ ÜÇÜN ZÜLAL MASKASİ. Yumurta ağı dəriyə tutqunluq gətirir, onu təmizləyir və möhkəmlədir. XVIII əsr «Zadül-müsafirin əsərində yumurtanın ağından dərini təmizləmək üçün və günəşdən qaralmaya qarşı istifadə еtməyi məsləhət görür. Tərkibi: 4 çay qaşığı yulaf və ya qarğıdalı unu və bir yumurta ağı. Komponеntləri qarışdıraraq köpüklənənə qədər çalırlar. Əmələ gəlmiş qarışığı üzə sürtürlər və 20 dəqiqə saxlayırlar. Qurumuş maskanı salfеtka ilə təmizləyirlər.

MAYA MASKASI. Dərini yumşaltmaq və cavanlaşdırmaq üçün 2-3 dənə çay qaşığı çörək mayasını süddə xama qatılığına çatdırıb üzə sürtmək lazımdır.

GÖY NOXUD (Roma maskası).
4 qaşıq əzilib toza çеvrilmiş göy noxudu götürün, ona həmin miqdarda təzə süd zərdabı əlavə еdin. Qatışığı diqqətlə qarışdırın və ciddi surətdə dəri cizgiləri boyunca əvvəlcədən təmizlənmiş üzə çəkin, gözləyin ki, maska təmamilə qurusun və astaca barmaqların ucları ilə dairəvi hərəkətlərlə silik. Sonra bir nеçə dəfə dərini əvvəlcə isti, sonra soyuq su ilə yaxalayın.

TURŞ KƏLƏM (univеrsal maska). Bu maska hər hansı bir dərini cavanlaşdırır. Rеsеpti çox sadədir: son dərəcə əzələlərinizi boş tutun, otaqda işığı söndürün və rahat yеrdə uzanın, sonra əvvəlcədən təmizlənmiş üzünüzə turş kələm yarpağlarını qoyun. 15-20 dəqiqə saxladıqdan sonra, üzünüzü əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. Sonda üzünüzə qidalandırıcı krеm çəkin.
Çənədə,burnun kənarlarında və alında olan qara nöqtələri aradan qaldırmaq üçün tez-tez səhər və axşam bu hissələri isladılmış manna dənəcikləri ilə silmək lazımdır.

       
Quru dəri üçün evdə edilə biləcək maska tərifləri
 

Yulaf İçi Maskası:
2 x.qaşığı yulaf içi, suda və ya süddə 15 dəqiqə qaynadılar. Soyuduqdan sonra məhlula bir qaşıq bal əlavə edilər. Yüngül isti vəziyyətdə yüzə sürtülüb, 15 dəqiqə gözlədilər.Üz ilıq su ilə yuyulur.

 Balqabaq Maskası:
Bişirilmiş balqabaqdan 2 x. qaşığı yaxşıca qarışdırıldıqdan sonra, içərisinə 1 x.qaşığı zeytun yağı və ya badam yağı qarışdırılar. Əldə edilən qarışıq yüzə sürtülər, 20 dəqiqə sonra ilıq su ilə yuyulur.

 Kök Maskası: 2 kök rəndələniyər, yumurta ağı ilə çırpılar, 1 çay qaşığı zeytun yağı və ya süd və az miqdarda nişasta qarışdırılar. Sonra üz boyun ilə birlikdə yağlanır. 30 dəqiqə sonra ilıq su ilə yuyulur.

 Kahı Maskası: Kahı yarpaqları incə incə qıyılar, üzərinə zeytun yağı və bir neçə damla limon suyu sıxılar (sıyıq halına gəlməsi üçün). Üzə sürtülər. 20 dəqiqə sonra yavaş yavaş əvvəla isti su ilə, sonra soyuq su ilə yuyulur. Kahı yerinə, rəndələnilmiş turp və ya kartof püresi də istifadə edilə bilər.

 Alma Maskası: Bir alma yaxşıca rəndələnildikdən sonra, içərisinə bir x. qaşığı zeytun yağı, süd və yaqaymaq qarışdırılar. Üz və boyuna sürtülər. 20 dəqiqə qədər gözlədikdən sonra ilıq su ilə yuyulur.

 Şaftalı Maskası: OIgun bir şaftalı yaxşıca əzildikdən sonra, qaynadımış çobanyastığı suyu ilə sıyıq halına gələnə qədər qarışdırılar. Sonra yüzə sürtülər. 20 dəqiqə gözlədildikdən sonra yüz/üz, isti su ilə yuyulur.

 Xiyar  Maskası: Rəndələnilmiş xiyara bir neçə damla limon suyu damladılar. Üz və boyuna sürtülər. 20 dəqiqə sonra bir dəsmal və ya bir bezlə yaxşıca təmizlənər, üz yuyulmalıdır.


 Kartof maskası: Bu maska dərini ağardır və qırışları hamarlaşdırır. Bişmiş adi kartof pürеsindən istifadə еtmək olar, hansını ki, üzdə 15 dəqiqə saxladıqdan sonra yuyurlar. Daha mürəkkəb rеsеpt: kartofu yaxşıca bişirin, əzərək ona bir qədər süd və hər hansı bir mеyvənin şirəsini əlavə еdin. Qarışığı yеkcins vəziyyətinə gətirin, üzə və sinəyə yaxın. 20 dəqiqə saxladıqdan sonra maskanı yuyun.
               
              QURU ÜZ ÜÇÜN BANAN MASKASI.
 Bu maska qədim Şərqdə istifadə olunmuş klassik maska növlərindəndir. Burada qaymaq və kartof unundan istifadə еtmirlər. Bananı qabığındın azad еdərək, içini yaxşıcı əzib üzün dərisinə və sinənizə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra, əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun.

              QURU DƏRİ
Ballı Yumurta Maskası
Vəsait
1 çay qaşığı nəmləndirici krem
1 yumurta
1 yemək qaşığı badam yağı
1 yemək qaşığı bal

Hazırlanması
1. Yumurtanın ağı və sarısını ayır. Yumurtanın sarısına damlalar halında badam yağını əlavə edərək qarışdır.
2. Ardından yavaşca nəmləndirici kremi və balı əlavə et.
3. Yumurta ağını da ayrı bir qabda yüngülcə çırp və yumurta sarısı olan qarışığa əlavə edib yaxşıca çırpın.

İstifadəsi
Qarışığı, genişcə bir fırça və ya pambıqla üz və boyun bölgəsinə yaydıqdan sonra ən az yarım saat gözlə və dərini ilıq suyla yu. Dərinin nəmləndiyini fərq edəcəksən!

          Quru dəri üçün qırışıq maskası:

2 çay qaşığı balı,2 xörək qaşığı yulaf əzməsi ilə qarışdırın. 1 xörək qaşığı tünd qara çayı 1 xörək qaşığı qazsız mineral su ilə qarışdırın. Üzərinə 2 çay qaşığı kök ya da çuğundur suyu əlavə edin. Qarışığı 10-15 dəq: buxarda bişirin. İlıqlaşdıqdan sonra qalın bir qat halında üzünüzə tətbiq edin (üzərini kağız ,dəsmal ilə örtün). 15-20 dəq: sonra ilıq su ilə yaxalayın. Nəmləndiricinizi sürtün.

Hər dəri tipinə görə qulluq maskası

Bu maska ilə bütün cildlər gözəlləşə bilər.
[u]Vəsaitlər :
Bir yemək qaşıq bal və süd tozu
Bir yumurtanında sarısı
Quruluşu:
Hamısını qarışdırırıq. Daha sonra dərinizə sürtün və iyirmi dəqiqə sonra yaxalayın. Dəriniz yağlıdırsa möhkəmləşdirici olaraq yumurtanın ağını istifadə edə bilərsiniz.


  Qara nöqtələr
Məhsullar: Limon suyu, qatıq
Bir kasa qatığı bir limonun suyu ilə qarışdıraraq maska hazırlayın. Bu maska üzdə on beş dəqiqə qalandan sonra yuyun. Limon suyu dərini dezinfeksiya edir və qara nöqtələri yox edir. Qatıq isə dərini nəmləndirərək, yağın miqdarını tənzimləyir.


Hamiləlik sonrası yaranan ləkələr üçün
1 çay qaşığı tarçın
1 çay qaşığı zəncəfil
1 yumurta ağı
Bütün vəsaitləri yaxşıca qarışdırın ləkəli bölgələrə hər gün tətbiq edə bilərsiniz.
     
        

İndi isə çox xanımların şikayət etdiyi dırnaqlar üçün
Dırnaqları ağartmaq üçün maska

Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün 1 ədəd limonu iki hissəyə ayır. Sonra ayrılmış hissələrlə dırnaqları 5 dəqiqə masay et. Bu prosedur dırnaqqırağı əti yumşaldır.
Dırnaqlara qulluq maskalar ilə məhdudlaşmır. Onların yaxşı görünməsi üçün bir sıra tədbirlər görülməlidir:
1. Qidanıza jelatinli məhsullar əlavə edin, məsələn, jele, marmelad və s. Həmçinin süd məhsulları, balıq və dəniz məmulatları, yaşıl tərəvəz və həb şəklində olan Vitamin N (biotin) qəbul edin.
2. Gündəlik dırnaq ətrafında olan dərini barmaqlarınız və ya dəsmalla kənara çəkin. Onda onların kəsilməsinə ehtiyac yaranmayacaq.
Yarım stəkan bitki yağı, 5 damcı vitamin A və 3 damcı yodu qarışdır. Dırnaqları 20 dəqiqə ərzində həmin məhlulda saxla. Proseduru iki həftə ərzində hər gün təkrar etmək lazımdır. 3 ç.q qidalandırıcı krem, vitamin A və D-nin 1/3-i, vitamin E-nin isə 1 hissəsini yaxşı-yaxşı qarışdırıb lakdan təmizlənmiş dırnaqlara sürt. Prosedura 3 həftə ərzində hər gün edilməlidir

           Saç üçün maskalar:

1 x. qaşığı sürtgəcdən keçirilmiş çiy soğan + 1 x. qaşığı gənəgərçək yağı + 1 x. qaşığı bal + 1 yumurta sarısı yaxşı qarışdırılır. Alınmış qarışıq saçların dibinə yaxılıb bərk sarınır. 1-2 saat saxlanılıb yuyulur.
30 qr quru xırdalanmış çobanyastığı çiçəyi (ramaşka) üzərinə 100 qr qaynar su əlavə edilib dəmlənilir. Dəm 30-40 dəq saxlanılıb soyudulur. Süzülüb 1 desert qaşığı bal əlavə edilir. Saçları yuduqdan sonra dəsmalla bir az qurudulub alınan məhlulla saçların dibi isladılır. Yarım saatdan sonra ilıq su ilə yuyulur. Quru saçlarda 10-12 gündən bir, yağlı saçlarda 6-7 gündən bir təkrarlanır
Kirpiklərin ipək kimi görünməsi üçün hər səhər və axşam xüsusi fırça ilə darayın.Bunun üçün təmiz tuş fırçasını da istifadə edə bilərsiniz.İstifadədən əvvəl fırçanı azca gənəgərçək,ya da zeytun yağına batırın,sonra kirpikləri darayın.
Kirpiklər üçün ən effektli kompres peyğəmbərçiçəyindən (vasilyok) hazırlanan cövhərdir.Həftədə bir dəfə bu cövhərlə tapmonu isladıb kirpikləri kompres etmək yaxşı nəticə verir.
             Selülit yağları

                Gəlir və bir an əvvəl selüllitlerden xilas olmaq lazımdır deyir və sizlərə selülit yağları haqqında məlumatlar təqdim etmək istəyirik.

selulit1 300x300 Selülit yağları

Sağlam həyat mövzusunda yazıları və işləriylə tanınan Dr. Nadir Saraçdan selülit masajı yağı resepti.

Nadir Saraçın təcrübələrinə baxaraq inkişaf etdirdiyi bu masaj yağı ən az 3 həftə tətbiq olunsa 1-2 ay içində nəticə verə bilir.

1/2 çay qaşığı susamyağı, 1/2 qəhvə qaşığı portağal yağı, 4-5 damla bibəriyə yağı, 10 damla kekikyağını təmiz bir qabda qarışdırın.

Sonra bu qarışığı yüngülcə istilədin (bədən istiliyinə yaxın olması yetər).

Selülit olan bölgəyə əllərinizlə yedirərək sürtün və yaxşıca yedirtdikdən sonra yüngülcə dərini qızardacaq şəkildə xam ipək kisəylə və ya balqabaq lifi kimi bir kisəylə sərtcə basdıraraq ən az 10-15 dəqiqə masaj edin.

Daha sonra yağlı selülitli bölgəni mətbəx streçiyle sarıyın və dərhal tər atmaq üçün idmana və ya məşqə gedin.

Ən az 20 dəqiqə aktiv və tərlədici hərəkət etdikdən sonra duşda yaxşıca ovalayarak yuyunun.

Əgər zamanınız varsa bu əməliyyatı səhər və axşam, yoxsa yalnız gündə bir dəfə edə bilərsiniz.

                      Sellülitə əlvida!
Problemi aradan qaldırmaq ücün masaç kreminə aşağıdakı efir yağlarından birini əlavə et.
Qreyfrut yağı – 10 damcı
Portağal yağı – 3 damcı
Darcın yağı– 3 damcı
Ərik yağı - 8 damcı (dəri dartınmalarına qarşı)
Yerfındığı yağı – 5 damcı
Limon yağı– 3 damcı
Çoxlu su və işlədici ot dəmləmələri icmək orqanizmi toksinlərdən təmizləyir.


      Sinə (döş) böyütmə üsulları Bitki mənşəli
Sinəsi (döşü)kiçik olan xanımlar,sinələrinizi böyütmək üçün bıçaq altına yatmanız lazım deyil. alın sizə sinə böyüdən bitki mənşəli təkliflər;)

Döş 1 Sinə böyütmə üsulları Bitki mənşəli

*1 sarımsağı soyuruq, ortadan ikiyə kəsirik və sinələrimizə kəsdiyimiz hissəsini masaj edərək sürtürük.

*Ardından sarımsağı əzib-döyürük (Bulamaç halına gələcək şəkildə) onunla sinələrimizə masaj edərək sürtürük.

*Sarımsağı ortadan ikiyə kəsdiyimizdə də, bulamaç halına gətirdiyimizdə də YALNIZ sinə ucuna və sinə ətrafına (Yalnız ucu və tünd rəngli qisimi) sürtürük, digər bölgələrə sürtmürük.

*Bu əməliyyatları gecə edirik və qətiliklə yumuruq. Gecə o şəkildə yatırıq və səhər oyandığımızda masaj edərək yuyuruq.

*Yuduqdan sonrada sarımsaq iy verməsini istəmirsinizsə qoxulu nəmləndirici bir krem sürtə bilərsiniz.

Gözləriniz üçün..

Kişilərin çoxu qadınların gözlərinə fikir verir. Yəqin, elə ona görə də xanımlar gözlərinin daha gözəl görünməsinə çalışırlar. Bunu reallaşdırmaq isə həmişə mümkün olmur.
Dəriyə yanlış qulluq, yuxusuzluq göz ətrafında kölgələrin yaranmasına gətirib çıxarır. Gözün ətrafında olan dəri çox incə və həssas olduğu üçün xüsusi qayğı tələb edir.
Sözügedən kölgələrlə mübarizəyə başlamazdan öncə, ilk növbədə onun yaranma səbəbini araşdıraq. Bu səbəblər isə aşağıdakılardır:

Daxili xəstəliklər
Zərif dəri
Havada və qidada olan allergik təsirlər
Dərinin quruması
Yuxusuzluq
Günəş təsiri
Kompüter arxasında çox oturma
Siqaret çəkmə və alkoqol qəbul etmə

Bəzən isə əsəb sistemindəki gərginliyin də təsiri olur.
Qışda göz ərtafındakı dəri bəzən mavi çalar alır. Bunun səbəbini axtaranlara məsləhətimiz var. Narahat olmağa dəyməz. Soyuğun təsirindən göz altındakı yağ öz təsirini itirməyə başlayır, nəticə isə artıq aydındır.
Buna çarə bulmağın asan yolu var. Sadəcə gecə yatmazdan 30 dəqiqə əvvəl həmin hissələrə nəmləndirici krem çəkin. Amma unutmayın ki, kremdən çox istifadə göz ətrafında şişlərin yaranmasına səbəb ola bilər. Ona görə kremdən də miqdarında istifadə etmək məsləhətdir.
Digər bir məsləhətimiz düzgün qidalanmaqla bağlıdır. İlk növbədə qida rasionunda duzun və yağın normasına fikir vermək lazımdır. Yuxusuzluğu aradan qaldırmaq, açıq havada olmaq, dəriyə uyğun və keyfiyyətli kosmetik vasitələrdən istifadə etmək də tövsiyə olunur. Gecə yatmazdan öncə makiyajı silməyi unutmamalı.
Göz ətrafında yaranan kölgələri kosmetik vasitələrlə də “gizlətmək” olar. Bunun üçün xüsusi kirşanlar, krem-pudralar, kremlər var.
Amma xalq təbabətindən də yararlanmaqla qüsurları aradan qaldırmaq mümkündür. İndi sizə bir neçə maskanı təqdim edəcəyik:
1.Çiy kartofu sürtkəcdən keçirin, iki dairəvi formada cunanı kəsib, kartof pürəsini onun üzərinə qoyun. 15-20 dəqiqə gözlərinizdə saxlayın. Sonra A və ya E vitanimli krem çəkin. Kremi isə pambıq və ya çay ilə silin.
2. Kəsmiyi cunada gözlərinizin üzərinə qoyun.
3.Yaşıl və qara çayın dəmini pambıq ilə kompress edin.
Daha bir xoşagəlməz məsələ gözün altında yaranan şişlərlə bağlıdır.
Bunun əsəs səbəbi isə böyrəkdə olan problemlərdir. Bunu aradan qaldırmaq üçün isə kifayət qədər yatmaq və dincəlmək lazımdır. Vaxtınız yoxdursa, maskalar köməyinizə gələ bilər.
1.Adaçayını 150 ml suda dəmləyin. Həmin məhlulu iki yerə ayırın. Biri isti qalsın, digərini isə soyudun. Pambığı həmin məhlullarda növbəli şəkildə isladıb əvvəl isti, sonra soyuq şəkildə şiş olan hissələrə qoyun.
2. ki xörək qaşığı xama və bir çay qaşığı əzilmiş cəfərini qarışdırın. Sonra alınan qatışığı göz qapaqlarının üstünə qoyun. 15-20 dəqiqə sonra soyuq su ilə yuyun.
3. Paket çayı istifadə etdikdən sonra 5 dəqiqəlik buzxanaya saxlayın, sonra göz qapaqlarına qoyun.

                    Göz Altındakı Torbalar Üçün
Bir ədəd kartofu halqa-halqa şəklində kəsib gözlərinin üzərinə qoyun və 15-20 dəqiqə gözlərinizi bu cür istirahət etdirin. Həm göz altlarınızdakı torbaların aradan qaldırılmasında həm də gözlərinizdəki qızarıqlıqların keçməsində köməkçi olacaq. Bundan əlavə gözlərinizdəki qızarıqlıqlar üçün bir parça pambığı çaya batırıb gözlərinə kompres edə bilərsiniz.

Göz Altındakı Şişliklər Üçün
Bir parça buzu gözlərinin altında sabit tutmadan yəni gəzdirərək 5 dəqiqə qədər gözlədin.

Göz Altındakı Bənövşəyiliklər Üçün
Bir ədəd xiyarı rəndələyib buzluqda buz qəliblərinin içində dondurun. Daha sonra dondurulmuş bu xiyar küplərini gözlərinin bənövşəyi qisimlərində 5 dəqiqə qədər gəzdirin. Faydası olacaq.

Bir ədəd kartofu rəndələyib suyunu çıxardın. Bu suya bir parça pambıq batırıb göz ətrafınıza kompres edin.



Günlük Burç
 
Günlük Burç
Unutma,Unutdurma !
 
Saat
Son Dakika Haberleri
 
Sitene Ekle
UNUTAMADIM-706.TR.GG
 

Web'te Türkçe

 
Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!
Ekle Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol